Yuxarı

Azərbaycanda satılan bu məhsullarda GMO aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlakçı hüquqlarının qorunması və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Ölkəyə idxal edilən qida məhsulları yoxlama nəzarət tədbirlərinə cəlb edilərək risk qiymətləndirilməsi əsasında müvafiq müayinələr həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aparılan son nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubov tərəfindən İrandan idxal edilən "Satareh Nadi Qida maddələri Sənaye Qrupu" şirkətinin istehsalı olan (07.11.2024-cü il istehsal tarixli, 06.11.2025-ci il son istifadə tarixli, 312 partiya nömrəli) ümumi çəkisi 7 312.32 kq "Nadi Sapaka" əmtəə nişanlı kreker, "Ramamehr Arya Co" şirkətinin istehsalı olan (12.10.2024-cü il istehsal tarixli, 17.07.2025-ci il son istifadə tarixli, "A" partiya nömrəli) ümumi çəkisi 886.76 kq "Lucy Snack" əmtəə nişanlı qarğıdalı çubuqları, "Satareh Nadi Qida maddələri Sənaye Qrupu" şirkətinin istehsalı olan (26.09.2024-cü il istehsal tarixli, 25.09.2025-ci il son istifadə tarixli, 270 partiya nömrəli) ümumi çəkisi 824.64 kq "Nadi" əmtəə nişanlı kreker, "Amadeh Laziz" şirkətinin istehsalı olan (06.07.2024-cü il istehsal tarixli, 05.07.2025-ci il son istifadə tarixli, 0142 partiya nömrəli) ümumi çəkisi 10 400 kq "Elit" əmtəə nişanlı hazır şorba (makaron şorbası) məhsulu partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb.

Bundan əlavə, İrandan fiziki şəxs Fərhad Dünyamalıyev tərəfindən idxal edilən "Tak Parsan Qida Sənaye" şirkətinin istehsalı olan (23.11.2024-cü il istehsal tarixli, 23.11.2025-ci il son istifadə tarixli, İAGL 0903 partiya nömrəli) ümumi çəkisi 5 126,40 kq "Croissant Mr Cake" əmtəə nişanlı unlu qənnadı məhsulu (kruassan) partiyasından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticələrinə əsasən, həmin məhsullarda da GMO aşkarlanıb.

Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb. Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri gücləndirilib.

Qeyd edək ki, AQTA ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağan olunan GMO-lu məhsullarla bağlı yoxlama-nəzarət tədbirlərini daha da genişləndirib. Bu sahədə hazırda davam etdirilən yoxlama-nəzarət tədbirlərinin nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək.

Tarix
2025.01.14 / 01:26
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

Prezident Bakıda mühüm forumda iştirak etdi - Foto

XİN-dən sülh sazişi ilə bağlı bəyanat...

İlham Əliyev Rebeka Qrinspanı qəbul etdi

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

İlham Əliyev Birola “Dostluq” ordenini təqdim etdi - Foto

Əli Əsədov daha bir qərar imzaladı

İlham Əliyev ÜST-ün baş direktorunu qəbul etdi

Prezident Jelka Tsviyanoviçlə görüşdü

İrəvan təkliflərimizi qəbul etdi, sülh danışıqları yekunlaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla