Yuxarı

Gəncəyə yönləndirilən təyyarələr Bakıya eniş etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

07:50

Yanvarın 13-dən 14-nə keçən gecə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Bundan əlavə, “IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.

Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.

***

Heydər Əliyev Beynəlxalq Aeroportundakı qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.

Bu barədə Azərbaycan Hava Yolları QSC (AZAL) məlumat yayıb.

Məlumata görə, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

Bakı aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən paytaxta yola düşəcək.

Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.

***

Bakı aeroportunda qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən AZAL-ın üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.

Bu barədə Azərbaycan Hava Yolları QSC (AZAL) məlumat yayıb.

Belə ki, Moskva-Bakı, Təl-Əviv-Bakı və İstanbul-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən təyyarələr müvafiq olaraq saat 10:14, 11:27 və 12:49-da Bakıya enib.

Tarix
2025.01.14 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğludan Bəhrama ittiham: Rus agenti - Video

Rəsmi Bakıdan Abxaziyadakı seçkilərə reaksiya

Erməni Bella Bakıya təhvil verilir? – Lapşin ifşa oldu

Vensin çıxışı Avropanı şoka saldı: Putinlə müqayisə…

Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi

Paşinyan Sinirlioğlu ilə görüşdü, Bakı ilə əlaqələrdən danışdı

Bayramov Hakan Fidanla görüşdü

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Azərbaycandan Serbiya ilə bağlı paylaşım

Vens Münhendə Avropa elitasını bu çıxışla darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla