Yuxarı

Ağadadaş Ağayevin mülki iddiasına xitam verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.

Barışıq notarial qaydada təsdiqlənib. Tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.

Daha sonra məhkəmə müşavirə edərək qərar qəbul edib. Qərara əsasən, iddiadan imtina edildiyi üçün icraata xitam verilib.

Məhkəmə prosesində Ağadadaş Ağayev iştirak etməyib.

Qeyd edək ki, Ağadadaş Ağayev “Medera Hospital”a qarşı 450 min manat məbləğində mülki iddia qaldırmışdı. O, hospitalda baş verən insident nəticəsində şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun zədələndiyini iddia edirdi.

Xatırladaq ki, hadisə iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə xalq artistini döyüb. Balta klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Tarix
2025.01.16 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Kərim Vəliyev NATO iclasında - Foto

Rəsmi Bakıdan Qəzza ilə bağlı razılaşmaya reaksiya

İlham Əliyev Cenni Consonu qəbul etdi

Nikol ABŞ sərhədçilərini gətirdi – Kreml cavab verəcək!

Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək?

İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan

İran təhlükə görən kimi İrəvana zərbə endirəcək - Nahapetyan

Londondan AZAL təyyarəsi ilə bağlı məktub göndərildi

Bakıda fahişəliklə məşğul olan iranlı tələbələr qovuldu

Trampın Bakı-İrəvan sülhünə nail olmaq fürsəti var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla