Yuxarı

Pensiyalar neçə faizlə indeksləşdirilib artırılacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ötən ilin yekun əmək haqqı artımının təxminən 8 faiz olacağı gözlənilir. “Əmək pensiyaları haqqında" Qanuna əsasən isə bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq. Bu artımların ödənilməsi məqsədlə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub:

“İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.

Qeyd edək ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.

Tarix
2025.01.16 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla