Yuxarı

Evlərdən oğruluq edənlər tutuldu - Balakən

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evlərdən oğruluq edənlər tutuldu - Balakən

Balakəndə evlərdən oğruluq edən şəxslər tutulub.

Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Balakən sakini Cavahir İsa qızı Layıcova polisə müraciət edərək, Balakən şəhəri, M.İbrahimov küçəsi-66 ünvanında yerləşən evində olmadığı müddətdə naməlum şəxslərin mənzili soyduğunu bildirib.

Müraciət əsasında Balakən RPŞ-nin əməliyyat-axtarış qrupu C.Layıcovaya məxsus evdən oğruluq edən şəxslərin Balakən şəhər sakinləri 1979-cu il təvəllüdlü Elşən İlyas oğlu Corov və Elnur Nurəddin oğlu Xəlilov olduqlarını müəyyən edib. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

Elşən Corov və Elnur Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində həmçinin məlum olub ki, onlar carı ilin fevral ayında Balakən şəhəri, M.Müşfiq küçəsi-26 ünvanında yaşayan Vüqar Əliyevə məxsus evin pəncərəsindən qanunsuz evə girərək oradan 1 ədəd LG markalı paltaryuyan maşın, 1 ədəd televizor və digər ev əşyaları oğurlayıblar. Aparılmış ilkin istintaq zamanı məlum olub ki, Elşən Corov və Elnur Xəlilov vətəndaşlara ümumilikdə 5 min manat məbləğində maddi ziyan vurublar.

Elşən Corov və Elnur Xəlilov barəsində Balakən Məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Balakən RPŞ-də CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.05.11 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla