Yuxarı

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı Reabilitasiya Mərkəzində, Yasamal rayonunda yerləşən 39 nömrəli Şəhər Poliklinikasında, Sabunçu rayon 169 və Yasamal rayon 336 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsində, Sumqayıt şəhər 6 nömrəli və Abşeron rayon, Fatmayı kənd tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər Y.Muradov adına 11 və Zərdab rayon 4 nömrəli tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonu, Qarayusifli kənd və Ağdam rayon 1 nömrəli tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz şəhər 7 və Siyəzən şəhər 2 nömrəli tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonu, Velədi kənd ümumi orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ şəhər N.Apayev adına 4 nömrəli tam orta məktəbində və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2025.01.18 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyaya ilk kömək əlini Türkiyə uzadıb, Azərbaycan da...

Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq

Türkiyə ilə Azərbaycanın qarşılıqlı sərmayələrinin məbləği...

Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

Fidan və Bayramovun geniş tərkibdə görüşü başladı

ABŞ-ın yeni dövlət katibi hədəfini elan etdi: Bakının gözləntisi…

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Hakan Fidan Bakıya gəldi

Britaniya parlamentində Qanlı Yanvarla bağlı təşəbbüs...

Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla