Yuxarı

Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının Kommunikasiya Mərkəzi bəyanat yayıb.

“Mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına yalnız mürəkkəb hava şəraiti və regionun coğrafi şəraiti səbəb olub. Heç bir sübut texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış və ya elektron müdaxilə kimi müxtəlif fərziyyələri dəstəkləmir", - bəyanatda deyilir.

Qeyd olunub ki, son dövrlər İran mediasında və sosial şəbəkələrdə İslam Şurasının (parlament) bəzi üzvləri və digər şəxslər Rəisinin helikopter qəzasını təxribat adlandırıblar.

Xatırladaq ki, ötən ilin mayın 19-da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin Şərqi Azərbaycan vilayətində qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Al-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.

Tarix
2025.01.18 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Əmirbəyov Şekerinskaya ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

Əliyevlə Tramp Davosda görüşdü - Foto

Prezident Davosda mühüm tədbirdə iştirak etdi - Foto

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla