Yuxarı

AZAL “Accelya” ilə əməkdaşlığa başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL “Accelya” ilə əməkdaşlığa başlayır

Azərbaycan Hava Yolları QSC (AZAL) beynəlxalq İT şirkəti "Accelya" ilə NDC ("New Distribution Capability") standartına əsaslanan "FLX Select" həllinin tətbiqinə dair müqavilə imzalayıb.

Axar.az bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, bu razılaşma AZAL-ın pərakəndə satış modelinin modernləşdirilməsində mühüm mərhələ olmaqla, tariflərin və xidmətlərin formalaşdırılması, paylanması və satışı proseslərinin, xüsusilə dolayı satış kanalları, yəni turizm agentlikləri və onlayn platformalar üzərindən transformasiyasına yönəlib.

"FLX Select" həllinin tətbiqi AZAL-a tarifləri və əlavə xidmətləri bazara daha operativ şəkildə çıxarmağa, onların bütün tərəfdaş kanallarda vahid və dəqiq təqdim olunmasını təmin etməyə, həmçinin əvvəlki distribusiya modellərinin texniki məhdudiyyətlərindən mərhələli şəkildə imtina etməyə imkan verəcək. Nəticədə aviaşirkətin təklifləri sərnişinlər üçün daha şəffaf, turizm tərəfdaşları üçün isə daha funksional və rahat olacaq.

"FLX Select" eyni zamanda qlobal turizm satıcıları və aqreqatorlardan ibarət ekosistemə birbaşa qoşulmanı təmin edir. Bu isə mürəkkəb və uzunmüddətli texniki inteqrasiyalara ehtiyac olmadan NDC standartının kommersiya üstünlüklərindən istifadəyə şərait yaradır.

"FLX Select" həlli "Accelya" şirkətinin "FLX ONE" platformasının tərkib hissəsidir və "Amazon Web Services" (AWS) bulud infrastrukturu üzərində fəaliyyət göstərir. Bu da sistemin yüksək miqyaslana bilməsini və təhlükəsizliyini təmin edir. Müstəqil analitik şirkət T2RL-in məlumatına əsasən, "Accelya"nın həlləri dünya üzrə həyata keçirilən bütün NDC əməliyyatlarının təxminən 50 %-də istifadə olunur ki, bu da şirkətin sənayedə aparıcı mövqeyini təsdiqləyir.

Tarix
2026.01.22 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla