Yuxarı

Səfər Əbiyevin oğlunun külli miqdarda borcu üzə çıxdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfər Əbiyevin oğlunun külli miqdarda borcu üzə çıxdı

Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyevin 20 nəfərə borcu var.

Axar.az xəbər verir ki, bununla bağlı Bakipost.az-a zərərçəkmişlər şikayət ünvanlayıblar.

Onlar Roman Əbiyevə məxsus və onun tərəfindən idarə olunan “Alatava Pub” obyektini uzun müddət ərzaq məhsulları ilə təmin ediblər. Lakin təxminən bir ilə yaxındır ki, ödənişlər demək olar ki, dayandırılıb.

Şikayətçilərin sözlərinə görə, hazırda sabiq nazirin oğlundan 20 şəxsin alacağı var və ümumi borc məbləği təxminən 119 min 500 manat təşkil edir. Onlar iddia edirlər ki, Roman Əbiyev obyektə tez-tez gəlsə də, onunla birbaşa görüşmək mümkün olmur. Bildirilir ki, danışıqlar əsasən restoranın meneceri Aynurə Seyidova adlı şəxs vasitəsilə aparılıb. O da əvvəlcə vaxt istəyib, sonradan isə borcun ödənliməsindən imtina edib.

Məsələ ilə bağlı Aynurə Seyidova açıqlamasında bildirib ki, qeyd olunan borc yeni məsələ deyil və ödənişlərin gecikməsi restoranın fəaliyyətinin ciddi şəkildə zəifləməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən Roman Əbiyevin də məlumatı var:

“Bu, çoxdanın məsələsidir. Təəssüf ki, hazırda borcu ödəməyə imkan yoxdur. Restoranın işi xeyli zəifləyib. Məncə, bizim rəhbərliyin də pulu yoxdu ki, borcları ödəsin və bizi bu bəladan qurtarsın”.

Tarix
2026.01.22 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla