Yuxarı

İranda şok: Ölü bilinən şəxs torbada 3 gün sağ qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda şok: Ölü bilinən şəxs torbada 3 gün sağ qaldı

Ötən il dekabrın 28-dən Tehran bazarlarında başlayan və uzun müddət davam edən genişmiqyaslı etirazlarla əlaqədar sosial şəbəkələrdə diqqət çəkən bir hekayə yayılıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, sosial media platformalarında paylaşılan məlumata görə, etirazlar zamanı ağır yaralanan şəxs ölmüş hesab edilib və meyit torbasına yerləşdirilib. Ailə əvvəlcə xəstəxanaların, sonra isə Kəhrizaq Mərkəzinin morquna baş çəkib və burada çoxsaylı cəsədlər arasında onu tapıb.

Ailəsi öldüyü ehtimal olunan etirazçının yaşadığını görüb. Həmin şəxs təxminən üç gün plastik torbada meyitlərin arasında sağ qalıb. Ailəsi həmin yaralını dərhal xəstəxanaya çatdırıb.

Sosial mediada sürətlə yayılan bu hadisə dünyada ciddi narahatlıq doğurub.

Tarix
2026.01.22 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla