Yuxarı

İŞİD-çinin oğurladığı uşaq belə xilas edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-çinin oğurladığı uşaq belə xilas edildi - Video

Sabunçu rayonunun Şuşa şəhərciyində İŞİD-çi olduğu deyilən şəxs tərəfindən oğurlanan 8 yaşlı uşağın xilasolunma görüntüləri yayılıb.

ANS-in verdiyi məlumata görə, görünütlərdən aydın olur ki, tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn valideynləri tərəfindən tapılıb. Ailə və yaxınları onun salamat olduğuna sevinərək əl qolunu açırlar. Azyaşlı isə başına gələnləri durmadan təkrarlayır.

Xatırladaq ki, hadisə 2 gün əvvəl baş verib. 8 yaşlı Hüseyn Ramazanlı həyətdə velosiped sürərəkən Abşeron rayon sakini Elnur Məmmədov tərəfindən qaçırılıb. Uşağın yerinin müəyyən olunmasında qonşuluqdakı 12 yaşlı Ülvi adlı uşağın köməkliyi olub. Belə ki, cinayəti törədən şəxs əvvəlcə Ülvini oğurlamaq istəyib, lakin atasının yanına gəldiyini gördükdən sonra fikrindən daşınaraq Hüseyni oğurlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində artıq hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub. Faktla bağlı cinayət məcəlləsinin 144.3 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Tarix
2016.05.12 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla