Yuxarı

Sumqayıtı Sarayla birləşdirən körpünün tikintisi... - Yeni video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpünün əhəmiyyəti nəzərə alınaraq tikinti işləri ətrafda yaşayan vətəndaşların istirahətinə maneə yaradılmadan gündüz və sutkanın qaranlıq saatlarında aparılır.

Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tərtib olunmuş qrafikə uyğun tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edəcək. Ümumi eni 21,6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub.

4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.

Aparılan işlər çərçivəsində mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilib.

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunub.

Tarix
2025.01.21 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Davos səfəri ilə bağlı paylaşım - Video

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Türkiyə Xəzərə çatdı, Turan yaranır: qəbuledilməzdir – Rus ekspert

Ermənistandan Türkiyəyə: Dərindən kədərlənirik!

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

İlham Əliyev Almaniya kansleri ilə görüşdü

Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi keçirildi

Sahibə Qafarova İtaliyaya getdi

Əli Əsədov Cövdət Yılmaza başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla