Yuxarı

Hərbçilər bu məsuliyyətdən azad edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilər bu məsuliyyətdən azad edilir

Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçən hərbi vəzifəlilər vətəndaşların hərbi qeydiyyat üzrə nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə görə məsuliyyətdən azad ediləcək.

Axar.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.

Layihə müzakirədən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tarix
2025.01.23 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla