Yuxarı

Sahibkara qarşı dələduzluq - Gəncədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibkara qarşı dələduzluq - Gəncədə

Bakı şəhər sakini Raqil Şıxəliyevə qarşı dələduzluq edilib.

Report-un məlumatına görə, Gəncədə sahibkarlıqla məşğul olan R.Şıxəliyev bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə ərizə yazıb.

O, ərizəsində qeyd edib ki, Gəncə şəhər sakini Gülşən Fərman qızı Qurbanova Azər adlı şəxslə cinayət əlaqəsinə girib, onun etibarından sui-istifadə edərək aldadıb. R.Şıxəliyev ona məxsus əmlakı taladıqlarını bildirib: "Həmin şəxslər özlərini iş adamı kimi təqdim edərək, mənim sahibliyimdə və nağd şəkildə əldə etdiyim 9 527 manat məbləğində tikinti materiallarını (plastik qapı-pəncərə profilləri) sataraq aradan çıxıblar".

R.Şıxəliyev həmin şəxslərin tapılıb istintaqa cəlb olunmalarını istəyir: "Özlərini Ağdam rayonundan olan məcburi köçkün kimi təqdim edən həmin şəxslərin şəxsi istifadəsində olan telefon nömrələrini sizə təqdim edirəm. Həmin şəxslərin tapılıb istintaqa cəlb olunmalarını sizdən rica edirəm. Hazırda məndə olan məlumata görə, onlar Gəncə şəhəri, Kərpic zavodu qəsəbəsi 9/1 ünvanında yaşayırlar. Gülşən Qurbanova ümumilikdə 9 527 manat məbləğində material götürüb. Bu məbləğin 1 700 manatını 2014-cü il avqust ayının 25-nə qədər qaytaracağını və qalan məbləğini hissə-hissə həmin il oktyabr ayının 4-nə kimi ödəməsinə tam zəmanət verərək bildirdi. O, Azərin onun oğlu olduğunu və həmin məbləği şəxsən ödəyəcəyi barədə vədlər verdi. Əks halda, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bütün məsuliyyəti daşıyacağına imzası ilə cavabdehlik etdiyini qeyd etdi. Sonradan əldə etdiyim məlumata əsasən, həmin şəxslərin ər-arvad kimi yaşadıqlarını öyrəndim. Gülşən (Gülüş) Fərman qızı Qurbanova əvvəlcə oğlu kimi qələmə verdiyi Azəri sonradan qardaşı oğlu kimi təqdim etdi. Sonra isə onların ər-arvad münasibətində olduğunu bildim. Əlavə olaraq əldə olunan məlumatlara əsasən, Gülüş əvvəllər məhkumluq həyatı yaşayıb".

Tarix
2016.05.13 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla