Yuxarı

Zaur Hüseynovun “imperiyası” haqda şok məlumatlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaur Hüseynovun “imperiyası” haqda şok məlumatlar

Hesablama Palatasının Bakı Metropoliteni QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Zaur Hüseynov buna görə məsuliyyətə cəlb oluna bilərmi?

Axar.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında uzun illərdir metropolitendə bu prosesin baş verdiyini bildirib.

İqtisadçının sözlərinə görə, baş verən hal yalnız indiki rəhbərliyin məsuliyyəti deyil:

“Uzun illərdir metropolitendə maya dəyərinin şişirdilməsi, əlavə xərclərin olması kimi proseslər olub və var. Hesablama Palatası isə son bir ili yox, son bir neçə illəri yoxlayıb. Ona görə də əgər məsuliyyətə cəlb olunma məsələsi varsa, bütün bu günə qədər olan metropoliten rəisləri məsuliyyət daşımalıdırlar. O cümlədən də indiki rəhbərlik”.

Özəl mənbələrdən əldə edilən məlumata görə, hazırda Bakı Metropoliteni QSC-də ciddi islahatlara hazırlıq gedir. Kommunikasiyadan tutmuş, maliyyəyə, idarəetməyə və s. vacib məsələlərə təzədən baxılır. Zəif nöqtələr, həssas məqamlar araşdırılır, problemlərin kompleks həlli üçün təkliflər hazırlanır. Zaur Hüseynovun rəis olduğu 10 il müddətdə metropolitendə yol verilmiş mənimsəmənin güman edildiyindən daha çox olduğuna dair iddialar var.

Tarix
2025.01.28 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla