Yuxarı

Gəncənin qəzalı vəziyyətdə olan yataqxanaları - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərinin Atatürk prospekti 237 ünvanında yerləşən 1 və 3 saylı yataqxanaları tamamilə baxımsız vəziyyətdədir.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, vaxtilə Xalça Kombinatının işçiləri üçün inşa olunan bu tikililər indi əsl təhlükə mənbəyinə çevrilib.

Hətta kənardan müşahidə də onu göstərir ki, binalar ömrünün son illərini yaşayır. Elə sakinlər də sözün hər mənasında yorulublar. Yüzdən artıq sakinin yaşadığı sözügedən yataqxanalarda bu günə kimi əsaslı və ya cari təmir işləri aparılmayıb. Tikilinin divarları, daşları uçur. Sınıq pəncərələr, işləməyən çirkab su xətləri və saymaqla bitməyən problemlər...

“Binalar qəzalıdır və çox pis vəziyyətdədir. Bu barədə dəfələrlə qurumlara məlumat vermişik. Gəlib baxıblar da, amma bir tədbir görülməyib”, - yataqxana sakini Əli Hüseynov söyləyib.

Rəsmi statistikaya görə, Gəncə şəhərində 19 yataqxana var. Bu binaların əksəriyyəti sovet dövründə müxtəlif təşkilatların balansında olub. Yataqxanaların bəziləri hətta ötən əsrin 30-cu illərinə aiddir. Təmir-bərpa işləri aparılmadığına görə həmin binalar demək olar ki, yaşayış üçün yararsız vəziyyətə düşüb. Hətta Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmiləri ərazidə yoxlama aparıb və rəsmi cavab aidiyyəti qurumlara göndərilib.

Problemlə bağlı Gəncə Şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) bildirilib ki, FHN-in apardığı yoxlamalar zamanı bu yataqxanalardan 5-i qismən, 13-ü isə tam yararsız hesab olunub:

“Bu yataqxanada yaşayan sakinlər üçün şəhərin Nizami Gəncəvi prospekti və Kimyaçılar küçəsinin kəsişməsində 9 və 10 mərtəbəli olmaqla 4 bina tikilib. 249 mənzilli yaşayış binaları 1, 2 və 3 otaqlı olmaqla layihələndirilib. Yaxın vaxtlarda istifadəyə veriləcək yeni kompleks Gəncə şəhərində qəzalı yataqxanalarda yaşayan 1000-ə yaxın sakinin mənzil problemini həll edəcək”.

Tarix
2025.01.30 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Şok: İrəvanda azərbaycanlılar "Qarabağ" oxudu - Video

Ərdoğan “Zəngəzura bu ölkə mane olur” demişdi: ancaq 4 ölkədir

Azərbaycan-İsrail əlaqələri müzakirə edildi

Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN

Rubio bu ölkəyə tələblə gedir: ABŞ gücə al ata bilər!

İrəvan Bakının layihəsinə qoşulmaq istəyir

Bakı ilə bunu həyata keçirmək niyyətindəyik - Paşinyan

Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş

Milyard dollarlıq layihə: Soydaşlarımızın yaşadığı bu kəndlər...

SSRİ arxivindən sənəd: Zəngəzur yolu kimindir? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla