Ana səhifə Toplum |
Avropa Birliyinin Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçiləri"nin fəallığı səngimək bilmir.
Axar.az xəbər verir ki, bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.
Belə ki, yanvarın 30-u saat 14:45-də Ermənistanın Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyi üzərində AB bayrağının olduğu 2 ədəd "Cip" markalı avtomobildə biri hərbçi və üçü mülki şəxs olmaqla, ümumilikdə 4 nəfər şəxsin gələrək, ərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.
Missiya nümayəndələri saat 15:50-də ərazini tərk edərək geri qayıdıblar.
AB nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
Həmin görüntüləri təqdim edirik:
Tarix
2025.01.30 / 18:43
|
Müəllif
Axar.az
|