Yuxarı

“Həzi Aslanov” stansiyası sanki yenidən tikilir: nəyə görə?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyası “ən gənc” stansiyalardan biridir. Belə ki, stansiya 2002-ci ilin 12 dekabrında istifadəyə verilib. Aradan 22 il keçəndən sonra stansiya əsaslı təmirə bağlanıb. Metropolitenin məlumatına görə, stansiyada təmir işləri 2 il vaxt aparacaq.

İki il – bir stansiyanın sıfırdan tikilməsi üçün də kifayət qədər böyük zamandır. 22 ildə nə baş verib ki, stansiyada ciddi, iki il davam edəcək təmirə ehtiyac olub?

Rəsmi məlumatda bildirilir:

“Dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib. Davamlı təsirlər nəticəsində yan və orta divarlarda eroziya intensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatının betonu qopub və işçi armaturlar korroziyaya uğrayıb. "Evrascon" Avropa-Asiya Tikinti Korporasiyası təmir işlərini altı mərhələdə aparacaq. Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə eroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq”.

Başqa sözlə desək, stansiya az qala yenidən tikiləcək.

Bəs, “qeyri-əlverişli hidrogeoloji şərait” nə deməkdir və stansiya tikilərkən bu amil niyə nəzərə alınmayıb?

Axar.az-ın bu barədə sorğusuna cavab olaraq Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hidrogeoloji şərait - torpaq qatı ilə bağlı olan məsələdir:

“Yəni onun öz neqativ təsirləri var. Stansiya və onun dalan yolları həqiqətən də ağır hidroloji şəraitdə yerləşir. Təbii ki, müddətli istismar dövrünün də təsirləri olub”.

Onun sözlərinə görə, qeyri-əlverişli hidrogeoloji şərait hər zaman nəzərətdə saxlanılır:

“SSRİ dağılandan sonra keçmiş sovet ölkələri ilə iqtisadi əlaqələrin qırılması və s. - bunların hər birinin müəyyən qədər təsirləri var (“Həzi Aslanov” stansiyası tikilərkən MDB ölkələri ilə iqtisadi əlaqələr bərpa olunmuşdu – red.). Geoloji şərait müntəzəm olaraq bütün metropolitendə nəzarət altında saxlanılır. Elə bir şey ola bilməz ki, sərnişinlərə, hərəkətin təşkilinə hər hansı ciddi problem olsa, metropoliten tədbir görməsin. Başlamış təmir işləri də məhz elə bununla bağlıdır və zamanında atılmış addımdır”.

Tarix
2025.01.31 / 09:08
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Ekspert

Rusiyada azərbaycanlıya hökm oxundu

Bakı-İstanbul reysi təxirə salındı

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

Saakaşvilidən Bakı açıqlaması: Yaxında tarixi hadisə olacaq

Kreml Bakı ilə dost olsaydı belə, yenə zərbə endirəcəkdi...

İran və Azərbaycan sərhəddə işlərə başlayır - NK

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Bakıda Xəzərə görə toplantı keçiriləcək

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla