Yuxarı

Ölkəni ayağa qaldıran ölüm: Nazirlik hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəni ayağa qaldıran ölüm: Nazirlik hərəkətə keçdi

Son vaxtlar plastik əməliyyat nəticəsində həyatını itirənlərin sayı artdığı üçün aidiyyəti qurumlar məsələ ilə bağlı hərəkətə keçib. Çəpər əyriliyi əməliyyatı keçirdikdən dərhal sonra komaya düşən və nəticədə vəfat edən 30 yaşlı Nəzrin Mansurovanın başına gələnlər məsələ ilə bağlı narahatlıqları daha da artırıb.

Sözügedən məsələ plastik cərrahların lisenziya mövzusunu təkrar gündəmə gətirib. Bir müddət əvvəl Səhiyyə Nazirliyi 31 yanvara qədər plastik cərrahlardan nazirliyə sənəd təqdim etmələri üçün vaxt vermişdi. Həmin həkimlərə verilən son tarix artıq başa çatıb.

Prosesin nəticəsi nə olacaq? Məsələ ilə bağlı müsbət irəliləyiş gözlənilirmi?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu işlər dünya səviyyəsində və beynəlxalq standartlara uyğun görülürsə, mütləq başqa bir akreditasiya qurumu yaradılmalıdır:

“Akreditasiya qurumu həkimlərin sənədlərini alır, yoxlayır və ona bir müddət lisenziya verir. Məsələn, həkimlər 3-5 il müddətinə lisenziya alırlar. Müddət məsələsi ayrı-ayrı ölkələrdə fərqli tənzimlənir. Beləliklə də həmin lisenziya əsasında həkim fəaliyyət göstərir. Təyin olunan vaxt bitdikdən sonra müraciətlər yoxlanılır və verilən müddət yenidən uzadılır. Dünyada qayda belədir və biz də bu yolla getməliyik”.

Adil Qeybulla bildirib ki, ölkədə “sertifikat imtihanı” deyilən bir biabırçı vəziyyət var:

“Məsələn, Azərbaycan Tibb Universitetinin professorları gedir, imtahan verir. Halbuki onlar həmin imtahanlarda yazılan suallarla bağlı tələbələrə dərs keçirlər. Ölkədə bu cür biabırçı vəziyyət yaranıb. İlk növbədə bunu aradan qaldırmaq, sonra dünyada olduğu kimi akreditasiya sistemini qurmaq lazımdır. Belə olduğu təqdirdə müsbət nəticə görəcəyik. Qurum yarandıqdan sonra onun özünün də standartları və məsuliyyəti olur. Sertifikat imtahanını da ləğv etmək lazımdır. Çünki həmin imtahan həkimlərə qarşı təhqirdir. Bununla bağlı Prezidentin fərmanı var və əməl etmək lazımdır”.

Tarix
2025.02.01 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla