Yuxarı

Türkiyədə fitrənin məbləği açıqlandı: Bəs, Azərbaycanda?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə fitrənin məbləği açıqlandı: Bəs, Azərbaycanda?

Türkiyə Diyanət İşləri Nazirliyi 2025-ci il Ramazan ayı üçün fitrənin məbləğini elan edib.

Axar.az xəbər verir ki, qərara əsasən, builki fitrə 180 tl (8,5 manat) müəyyən edilib. Qərarda bildirilib ki, fitrə pul və yaxud eyni miqdarda ərzaqla ödənilə bilər.

Bəs, Azərbaycanda fitrənin məbləği nə qədər olacaq?

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad saytımıza açıqlamasında bildirib ki, Ramazan ayı ilə bağlı hələ fitva verilməyib:

“Həmişə Ramazan ayı başlamazdan bir həftə, 10 gün öncə fitva elan edilir. Yəni ayın sonunda Ramazan ayı ilə bağlı fitva veriləcək. Onda sonra isə fitrənin məbləği elan ediləcək”.

Qeyd edək ki, ötən il Qazılar Şurası adambaşına 10-15 manat fitrə zəkatının verilməsini tövsiyə etmişdi.

Bu il Ramazan bayramı 29-30 martda keçiriləcək.

Tarix
2025.02.03 / 14:39
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla