Yuxarı

Ağdamda dəmir yolu kompleksi nə vaxt hazır olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda dəmir yolu kompleksi nə vaxt hazır olacaq?

Ağdam şəhərində tikintisi həyata keçirilən layihələrdən biri də dəmir yolu və avtovağzal kompleksidir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, zirzəmi, üç mərtəbə və üçüncü mərtəbədə terrasdan ibarət olmaqla, layihələndirilən kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilir.

Kompleksin birinci mərtəbəsində dispetçer, həkim, elektrik mühəndisləri, rabitə mexanika otaqları, gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası olacaq. Sərnişinlər bu mərtəbədən həm qatarın perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçid edə biləcəklər. 2-ci mərtəbədə dispetçer, mühasib, müdir, server otaqları və terras olacaq. 3-cü mərtəbədə isə mağazalar, uşaqlar üçün əyləncə zonası, boulinq zalı, kitabxana, restoran və istirahət guşələri yaradılacaq.

Binanın tikintisində dəmir-beton işləri tamamlanıb. Hazırda binanın içərisində kommunikasiya xətlərinin çəkilməsi və təmir işləri davam etdirilir.

Kompleksin ərazisində, həmçinin yol işçiləri üçün bina, qazanxana, orta və iri tutumlu nəqliyyat vasitələrinin servisi binası, kiçik tutumlu və fərdi nəqliyyat vasitələrinin servis binası, yeraltı içməli, yanğın və çirkab su anbarları, transformator yarımstansiyası, piyadaların hərəkəti üçün 350 metr uzunluqda sərnişin platforması tikilib.

Ərazidə fərdi nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaq, şəhərdaxili marşrutlar üzrə avtobuslar üçün 16 yerlik perronlar, şəhərlərarası marşrutlar üzrə avtobuslar üçün 16 yerlik perronlar, rayondaxili marşrutlar üzrə avtobuslar üçün 24 yerlik perronlar, orta və iri tutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaq, fiziki məhdudiyyətli şəxslər üçün yerüstü avtomobil dayanacağı, taksi dayanacağı, park, nəzarət-buraxılış məntəqəsi, qazanxana, velosiped dayanacağı, avtomobillər üçün elektrik doldurma məntəqəsi də yaradılacaq.

Dəmir yolu və avtovağzal kompleksində tikinti işlərinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks sərnişinlərə xidmət etməklə yanaşı, həm də Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək.

Tarix
2025.02.04 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla