Yuxarı

Rusiyaya bu məhsulun ixracı 4 dəfə artdı - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya bu məhsulun ixracı 4 dəfə artdı - Səbəb

Azərbaycan ötən il kərə yağı idxalını 78% artırıb və bu da o deməkdir ki, bizdə yağ istehsalı o qədər də çox deyil.

Bu sözləri Axar.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ötən il Azərbaycanın Rusiyaya 940 ton kərə yağı ixrac etməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, buna baxmayaraq, öz istehsalımızın ehtiyac duyulduğu halda baha satılmasında qəbahət yoxdur:

"Rusiyaya ixrac olunan yağa gəldikdə isə qeyd edim ki, ötən il Rusiyada kərə və digər yağların qiymətində kəskin artım olub. Ona görə də Türkiyə, ərəb ölkələrinin ardınca Azərbaycana kərə yağının tədarükü üçün müraciət olunub. Ötən il bu hadisə tək yağda yox, yumurta istehsalında da özünü göstərib. Azərbaycan istehsalçıları isə bu fürsəti dəyərləndiriblər".

Qeyd edək ki, ötən il Azərbaycandan Rusiyaya 940 ton kərə yağı ixrac edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur.

Tarix
2025.02.05 / 13:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla