Yuxarı

“Kənddən-şəhərə” yarmarkası keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqrar Tədarük və Təchizat ASC tərəfindən 8-9 fevral tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, yarmarkada ümumilikdə 20 regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı) ünvanında, saat 9:00-dan 19:00-dək təşkil olunacaq.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

Tarix
2025.02.05 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Quterreş Bakı-İrəvan müzakirələrini alqışladı

Sülh sazişi nə vaxt imzalana bilər?

Nikol niyə bu barədə Makrona yox, Putinə məlumat verdi

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla