Yuxarı

Xətaidə sakinlərlə görüş: bu məsələlər nəzarətə götürüldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə sakinlərlə görüş: bu məsələlər nəzarətə götürüldü - Foto

Fevralın 5-də 95 saylı tam orta məktəbdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev rayon sakinləri ilə görüş keçirib. Görüşdə Milli Məclisin deputatı Zahid Oruc, rayon prokuroru Sərdar İmanov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri iştirak ediblər.

Axar.az xəbər verir ki, icra başçısı daha sonra çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. İcra başçısı qeyd edib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin böyük sürətlə davam etdiyini deyən icra başçısı qeyd edib ki, qarşıdakı dövrdə Böyük Qayıdış Proqramının tam icra olunması, ordumuzun daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. Prezident İlham Əliyev bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bizim vəzifəmiz görülən işlərə, inkişaf siyasətinə dəstək olmaqdır.

Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Tarix
2025.02.06 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla