Yuxarı

Fevralda kim nə qədər pensiya alacaq? - Dəqiq izah

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fevralda kim nə qədər pensiya alacaq? - Dəqiq izah

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün pensiyalar indeksləşdirilərək artırıldı. Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksləşdirilərək artırılır. Rəsmi statistikaya əsasən, ötən il ölkə üzrə orta aylıq əmək haqqı 8.1 faiz artıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək:

"Deməli, pensiyaçılar artımları bu aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq. Məsələn, 500 manat pensiyası olan vətəndaşımız üçün artım məbləği 40.5 manatdır (500 manat X 8.1%). Bu o deməkdir ki, artımlardan sonra həmin vətəndaşımızın pensiya məbləği 540.5 manat olacaq. Ötən ay isə həmin vətəndaşımızın pensiyasını əvvəlki məbləğdə alıb. Ona görə də yanvar ay üçün hesablanmış aylıq artım (40.5 manat), fevral ayının artımına (40.5 manat) əlavə olunur və birlikdə bu ay ödənilir. Bu o deməkdir ki, bu halda fevral ayında həmin vətəndaşımız 540.5 manat deyil, 581 manat pensiya alacaq. Gələn aydan etibarən isə aylıq pensiya məbləği yenidən 540.5 manat olacaq.

Bir daha xatırladaq ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur.

Tarix
2025.02.07 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla