Yuxarı

Çin avtomobilindən narkotik çıxdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin avtomobilindən narkotik çıxdı – Foto

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Çeri A15" markalı minik avtomobilində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriləcəyi barədə əməliyyat məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, idarənin Qoşatəpə gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Çeri A15" markalı avtomobilə "Sem" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti it avtomobilin salonunda ön panelin orta hissəsinə reaksiya verib. Beləcə, avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusu sökülərək oraya baxış keçirilib və qurğunun üst tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilmiş 9 ədəd şəffaf sellofanlı bükümlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 709 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.05.17 / 11:43
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla