Yuxarı

Aytən Şahbazova axundu şantaj etdi və...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aytən Şahbazova axundu şantaj etdi və...

Masallı rayonunda qəribə dələduzluq faktı qeydə alınıb.

Rayonun Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Cəlilabad rayon sakini Aytən Şahbazova axundluqla məşğul olan rayon sakini 1939-cu il təvəllüdlü Əlihəsən Hüseynovu onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul istəyib. Maraqlı məqam isə ondan ibarətdir ki, 77 yaşlı kişi qadının dedikləri ilə razılaşaraq həmin pulu ona verib. Daha sonra isə polisə bu barədə məlumat verib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynovdan 1400 manatı almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.

Polis idarəsindən bildirdilər ki, Aytən Şahbazova axunda deyib ki, montaj vasitəsilə onun çılpaq şəkillərini hazırlayacaq və bu şəkilləri ictimaiyyətə yayacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2016.05.17 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla