Yuxarı

Lalə Şövkətin son durumu: Oğlu açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lalə Şövkətin son durumu: Oğlu açıqladı

Lalə Şövkətin hazırda səhhəti yaxşıdır. Getdikcə nisbətən də yaxşı olacaq. Allaha şükür, indi vəziyyət normallaşır.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

“Hazırda onun sərbəst hərəkəti nisbətən bərpa olunub. Ev şəraitində müalicəsini davam etdirir. Daimi olaraq həkimlərin nəzarətindədir”, - o qeyd edib.

Sidqi Şövkət bildirib ki, Lalə xanımın səhhəti tam yaxşılaşsa, onun Şuşaya getmək niyyəti var:

“Hətta müharibə başa çatdıqdan sonra oraya getmək istəyirdi. Amma səhhəti buna imkan vermədi. Sözsüz ki, onun ən böyük arzusu Qarabağa getmək və Şuşanı ziyarət etməkdir”.

Qeyd edək ki, Lalə Şövkət 2021-ci ildə ürək əməliyyatı keçirib.

1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən, 1994-cü il yanvarın 29-dək Dövlət Katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.

Tarix
2025.02.10 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla