Yuxarı

Motosikleti polisin üzərinə sürən gənc yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Motosikleti polisin üzərinə sürən gənc yaxalandı

Bakının mərkəzində qaydaları pozan və yol polislərinin tələbinə məhəl qoymayan motosiklet sürücüsü saxlanılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 11-də Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində baş verib.

Bakı şəhər BPİ-nin DYP İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayının əməkdaşları qoşa xəttin tələbini pozaraq, nəqliyyatın axınının əksi istiqamətinə hərəkət edən motosiklet sürücüsünə “Saxla” göstərişi veriblər. Lakin motosikletçi nəqliyyat vasitəsini yol polislərinin üzərinə sürüb, daha sonra sürətini artıraraq, əks istiqamətdə hərəkətə davam edib, dəfələrlə manevr qaydalarını pozub, digər hərəkət iştirakçılarına real təhlükə yaradaraq, həmin ərazidən uzaqlaşıb. Baş verənlərlə bağlı digər polis əməkdaşlarına da məlumat verilib və motosikletçi başqa küçədə “Araz” supermarketə daxil olarkən tutulub.

Saxlanılan şəxs tabesizlik göstərib, təkrar qaçmağa cəhd edib. Lakin o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilib.

Burada motosikletçinin Yevlax rayon sakini 2003-cü il təvəllüdlü S.Kərimov olması müəyyən edilib.

Onun barəsində protokol tərtib edilib və məhkəmənin qərarı ilə 10 sutkalıq inzibati həbs olunub.

Tarix
2025.02.14 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Prezident Davosda mühüm tədbirdə iştirak edir - Canlı

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

Bakı regionun enerji təhlükəsizliyini təmin edən aktordur

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla