Yuxarı

DİN: Kibercinayətkar qrup zərərsizləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN: Kibercinayətkar qrup zərərsizləşdirildi

Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN-dən Axar.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən xüsusi tədbirlər nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakinləri Rüstəm Ənsərov və Firudin Ələkbərov banklarda olan kredit borclarını qanunsuz olaraq bağlamaq məqsədi ilə informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan paytaxt sakini Mədət Əliyevlə cinayət ələqəsinə girərək kiberqrup yaradıblar.

M.Əliyev isə öz növbəsində xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən xaker qrupları ilə internet vasitəsi ilə əlaqə saxlayaraq onların texniki dəstəyindən istifadə etməklə Argentina Respublikasının "Banko Frances" və Bolqarıstanın "CİA" banklarının müştəri məlumat bazalarına kibercinayətlərdə istifadə olunması üçün nəzərdə tutulan xüsusi proqramlar vasitəsilə qanunsuz müdaxilələr edib.

Daha sonra M.Əliyev qeyd edilən bankların həmin ölkələrdəki müştərilərinin hesablarından internet vasitəsilə onlayn ödənişlər həyata keçirərək F.Ələkbərov və R.Ənsərəvun Azərbaycandakı kredit borclarını qanunsuz yolla bağlayaraq adıçəkilən bankların xidmətlərindən istifadə edən vətəndaşlara külli miqdarda ziyan vurub.

M.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.05.19 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla