Yuxarı

Külli miqdarda tütün aşkar edildi – Şəkidə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Külli miqdarda tütün aşkar edildi – Şəkidə

Şəkidə mənşəyi bilinməyən külli kmiqdarda tütün məmulatı aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 17-də Şəki şəhər sakinləri Çingiz Sadıqov və Tehran Lətifov Oğuz şosesinin kənarında yerləşən anbarda xüsusi avadanlıqlardan istifadə etməklə küllü miqdarda (16023 manat dəyərində) mənşəyi bilinməyən bitkilərdən 53410 qutu aksiz markası və lisenziyası olmayan "Prima" markalı tütün məmulatı hazırlayaraq, tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı və texniki göstəriciləri barədə yalnış məlumatlar verməklə həmin tütün məmulatlarının 1600 ədəd qutusunu 480 manata satıblar.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çingiz Sadıqov və Tehran Lətifov saxlanılıb. Onlara məxsus emalatxanaya baxış zamanı əlavə olaraq 51810 ədəd "Prima" markalı tütün məmulatı aşkar edilərək götürülüb.

Oxşar hadisə Göyçayda da baş verib.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çayarxı kəndində şəhər sakini Mehman Məmmədova məxsus həyətyanı sahədəki anbarda lisenziya və digər rəsmi sənədləşmə, eləcə də keyfiyyət sertifikatları olmayan müxtəlif çeşidli yuyucu vasitələrin istehsalı və satışı ilə məşğul olması müəyyən edilib və oradan 4900 ədəd üzərində "Palma" əmtəə nişanı olan yuyucu vasitələr aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi açılıb.

Tarix
2016.05.19 / 13:40
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla