Yuxarı

Həyat yoldaşının borcuna görə maşını hərraca çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həyat yoldaşının borcuna görə maşını hərraca çıxarılır

Su satışı ilə məşğul olmaq üçün VÖEN açdırmışdım. O iş alınmadı deyə, bağlatdım. Daha sonra yeni sahibkarlıqla bağlı adıma VÖEN açdırdıq.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yaranmış vergi borcuna münasibət bildirərkən deyib.

Sabiq partiya sədri bildirib ki, həyat yoldaşı həmin VÖEN-lə gəlinlik salonu işlədib:

“Borc oradan yaranıb. Gəlinlik salonunun gəliri nədir ki, ona görə bizə 15 min manat borc yazılıb. Oradan nə qazanılıb? Ailənin gündəlik çörək pulu ancaq çıxırdı”.

Nemət Pənahlı yaranmış borca görə Ali Məhkəməyə kassasiya şikayəti verdiklərini bildirib.

Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Əhəd oğlu Pənahlıyaməxsus, buraxılış ili 2010-cü il olan “Toyota Lənd-Kruzer” avtomobili vergi borcuna görə hərracda satılacaq.

Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.

Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.

Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.

Tarix
2025.02.17 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla