Yuxarı

Havaya görə iki universitetdə dərslər onlayn keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Havaya görə iki universitetdə dərslər onlayn keçirilir

Ölkə ərazisində keçən qeyri-sabit hava şəraiti ilə əlaqədar Xəzər Universiteti və ADA Universitetində onlayn dərslər təşkil edilib.

Axar.az xəbər verir ki, ADA Universitetindən Oxu.az-a əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verildiyi bildirilib. Lakin tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.

Xəzər Universitetindən verilən məlumata görə, bu gün hava şəraiti nəzərə alınaraq dərslərin həm onlayn, həm də əyani formada keçirilməsi təşkil edilib. Sözügedən situasiyanın yalnız bu gün üçün keçərli olduğu qeyd olunub.

Azərbaycan Universitetindən cavab olaraq bildirilib ki, dərslər əyani formada keçirilir, davamiyyət yaxşıdır. Hava şəraiti nəzərə alınaraq gecikən tələbələr də dərsə qəbul ediliblər, lakin axşam növbəsinin dərsləri başqa gün əvəzlənmək şərti ilə ləğv olunub.

Tarix
2025.02.21 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpası qürur duyulacaq bir nümunədir

Prezident İqor Sergeyenkonu qəbul etdi - Foto

Bakı ilə razılaşmışıq, burada da kommersiya sirri var - Kobaxidze

Azərbaycan vətəndaşları bu ölkədən deport edildi - Video

Azərbaycana qarşı böhtan - Türkiyə saytının şəri...

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

Prezident: Buna görə dünyada birinci yerdəyik...

Biz bu məsələdə misilsiz təcrübə formalaşdırmışıq

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı çarx

Yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla