Yuxarı

Sabah dərslər təxirə salınır? – Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah dərslər təxirə salınır? – Rəsmi açıqlama

Ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı sabah (24 fevral) Azərbaycanda orta məktəblərdə dərslərin təxirə salınması məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hazırda dərslərin təxirə salınması ilə bağlı hər hansı qərar mövcud deyil.

Nazirlikdən bildirilib ki, hava şəraitinin gedişatı izlənilir və hər hansı dəyişiklik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, hazırda Bakıya və Azərbaycanın əksər rayonlarına güclü küləklə müşayiət olunan qar yağır. Bakıda və Abşeron yarımadasında 23-24 fevral gecəsi 3-5, 24-25 fevral gecəsi 6-8 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

Ölkəmizin dağlıq rayonlarında isə gündüz 10, gecə isə 24 dərəcəyə qədər şaxta, aran rayonlarında gecə 4 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti gözlənilir.

Tarix
2025.02.23 / 16:32
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla