Yuxarı

Bakıdan bu rayonlara avtobus reysləri təxirə salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb.

Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın qəsəbələrarası yolların buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər var. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Bölgələrdə sərnişindaşıma adi rejimdə davam etdirilir. Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb. Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda bildirilib.

Tarix
2025.02.24 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif bu tarixdə Şuşaya gedəcək

Əliyevlə Şahbaz Şərifin geniş tərkibdə görüşü oldu

Marsel de Vink Azərbaycanda səfərdədir

Şahbaz Şərif Bakıda Zəfər parkını ziyarət etdi

Pakistanla imzalanmış sənədlərin mübadiləsi mərasimi...

Ərdoğan Lavrovu qəbul edəcək: əsas müzakirə budur

Əliyevlə Şahbaz Şərif mətbuata bəyanatla çıxış edir

Ermənistanla sərhəddə əməliyyat şəraiti təhlil edildi

İlham Əliyev Estoniya prezidentini təbrik etdi

"Amerikanın səsi"nin müxbir akkreditasiyası ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla