Yuxarı

BƏƏ-də Azərbaycanın iştirakı ilə biznes-forum keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ-də Azərbaycanın iştirakı ilə biznes-forum keçirildi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Investopia 2025” tədbiri çərçivəsində Ərəb ölkələri-Mərkəzi Asiya-Azərbaycan biznes forumu keçirilib.

Axar.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli forum çərçivəsində təşkil edilən tədbirlərdə iştirak edib.

Forum çərçivəsində “Regional dəhlizlər: biznes imkanlarının yaradılması” mövzusunda keçirilən panel iclasda çıxış edən iqtisadiyat nazirinin müavini ölkəmizin ərəb dövlətləri ilə Mərkəzi Asiya arasında kəsişən strateji mövqedə yerləşməsinin çoxtərəfli regional əməkdaşlığın inkişafında rolundan bəhs edib.

Tədbirdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, Ələt Azad İqtisadi Zonası, həmçinin şirkətlər üçün müasir infrastruktura çıxış, vergi güzəştləri və bir sıra biznesə dəstək xidmətləri təklif edən sənaye parkları sərmayədarlar üçün geniş imkanlar yaradır, biznesin inkişafı üçün dinamik mühiti təmin edir.

Nazirlərin Dəyirmi Masasında Ərəb ölkələri - Mərkəzi Asiya - Azərbaycan biznes forumu yekunlarına dair “Əbu-Dabi Kommunikesi” qəbul olunub.

Sənəddə ərəb ölkələri, Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, güclü logistika və ticarət şəbəkələrinin qurulması, təhsil mübadiləsi və s. məsələlər öz əksini tapıb.

Tarix
2025.02.27 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla