Yuxarı

ADU-da “Albert Aqarunov” adına təqaüd təsis olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 27-də Azərbaycan Dillər Universitetində İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüdün verilməsi ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayevin təşəbbüsü ilə ayrılan təqaüd akademik göstəriciləri yüksək olan və ictimai işlərdə fəal iştirak edən iki tələbəyə təqdim edilib.

Tədbirdə ADU-nun rəhbərliyi, “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev, ravvin Abraham və tələbələr iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla iştirakçıları salamlayaraq, Azərbaycan-İsrail münasibətlərindən söz açıb. Qeyd olunub ki, hər iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər özünü siyasi, iqtisadi, elmi və mədəni sahələrdə də göstərməkdədir:

“Bu gün əlamətdar bir gündür. Tələbələrimiz Azərbaycanın Milli Qəhərmanı, əslən yəhudi olan, Birinci Qarabağ müharibəsi şəhidi Albert Aqarunovun adına təsis olunmuş təqaüdə layiq görülüb. Bu çox önəmli bir hadisədir. Azərbaycan və İsrail xalqları uzun illərdir multikultural dəyərlərə hörmət və ehtiram içərisində yaşayır. Azərbaycanda hökm sürən multikultural ab-hava bütün dünya üçün örnək olmalıdır”.

"Azərbaycan Dağ Yəhudiləri" Dini İcmasının sədri Milix Yevdayev səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, təsis olunan təqaüd ADU tələbələrinə əlavə stimul və motivasiya olacaq. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüd həm də birliyimizin, dostluğumuzun və tərəfdaşlığımızın bir nümunəsidir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova təqaüd haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, tələbələrin elmi bacarıqlarının artırılması və inkişafı baxımından belə təqaüdlərin təsis olunması olduqca əhəmiyyətlidir.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüd israilşünaslıq ixtisasının ikinci kurs tələbəsi Rauf Vüqar oğlu Ağazadə və israilşünaslıq ixtisasının üçüncü kurs tələbəsi Şahnəzər Elyar oğlu Zeynalova təqdim olunub.

Tarix
2025.02.28 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin Öcalan gedişi – Bu ölkələr hərəkətə keçəcək

Abdullah Öcalanın PKK-ya tarixi tərk-silah çağırışı – Tam mətn

Bakıdan Ermənistan XİN-in əsassız iddialarına cavab...

AB “müşahidəçiləri" sərhədimizdə - Yeni video

Bu, tarixi səfərdir - Prezident

Qvineya-Bisau prezidenti Zəfər parkını ziyarət etdi

Paşinyandan qapalı iclasda Bakı ilə bağlı tapşırıq

"Sputnik"in nümayəndəliyi ləğv edildi - Rusiyadan reaksiya

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Rusiya ilə bağlı reytinq: İlk iki yerdə azərbaycanlı, 3-də erməni...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla