Yuxarı

Əlilliyi olan şəxslərə yeni güzəştlər ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq. Həmçinin, əonların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.

Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

Qanun layihəsinə görə, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Dəyişikliklət səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tarix
2025.02.28 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan 10 min erməniyə böyük jest… - XİN

Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!

Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər

Latviya Seymində azərbaycanca çıxış: Fəxr edirəm... - Video

Zülfüqarov: Mətbuatımız erməni yalanını yaydı

İlham Əliyev sərəncam imzaladı

Paşinyan Bakının bu tələbini yerinə yetirir

İran parlamentinin ana dili qərarına daha bir etiraz

Tramp niyə Zelenski haqda sözündən imtina etdi?

Ceyhun Bayramov Kallasla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla