Yuxarı

Bakıda tikinti altına düşən yaşıllıqlar köçürülür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tikinti altına düşən yaşıllıqlar köçürülür

Bakıda yeni avtomobil yolu ilə əlaqəli tikinti altına düşən yaşıllıqların köçürülməsinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb.

Layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb.

Tarix
2025.02.28 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla