Yuxarı

Əli Əsədov bu forumda niyə rus dilində çıxış edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov bu forumda niyə rus dilində çıxış edib?

Təşkilat Komitəsi Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda iki dili – rus və fars dillərini rəsmi dil kimi təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sosial şəbəkələrdə Baş nazir Əli Əsədovun Üçüncü Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda rus dilində danışmasına vurğu edilməsinə münasibət bildirərkən söyləyib.

İbrahim Məmmədov deyib ki, Üçüncü Forumda 5 ev sahibi - İranın 1-ci vitse-prezidenti və fəxri qonaq kimi dəvət olunmuş Tacikistanın Baş naziri fars dilində çıxış ediblər:

“Ona görə ki, fars dili Forumun rəsmi dilidir. Başqa hökumət başçıları isə rus dilində çıxış etdilər. Bu, məsələnin təşkilati tərəfidir. Texniki baxımdan isə tərcümə yalnız fars dilindən rus dilinə, rus dilindən isə fars dilinə edilirdi. Baş nazir yalnız Forumun tədbirlərində rus dilində çıxış edib. İran İslam Respublikasının 1-ci vitse-prezidenti Məhəmməd Arifi və İranın Prezidenti Məsud Pezeşkianla ikitərəfli görüşlərdə isə Baş nazir Azərbaycan dilində danışıb və ümumiyyətlə bütün danışıq Azərbaycan dilində aparılıb”.

Tarix
2025.02.28 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla