Yuxarı

"Nar" AZTU tələbələrinə təlim keçdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nar" AZTU tələbələrinə təlim keçdi - Foto

Mobil rabitə sektorunda sərfəli təklifləri ilə tanınan “Nar” telekommunikasiya mütəxəssislərini hazırlamaq istiqamətində layihələrini davam etdirir.

Axar.az xəbər verir ki, bu yöndə növbəti “Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib.

Universitetin tələbələri “Nar”ın texniki heyətinin hazırladığı və keçdiyi bu təlim zamanı mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzular haqqında biliklərə yiyələniblər.

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində paytaxtda və regionda universitetlərlə əməkdaşlıq edərək mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və onların məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Bu təlimlər zamanı tələbələr “Nar”ın peşəkar texniki heyəti ilə ünsiyyətdə olaraq təkcə nəzəri biliklər deyil, həm də gələcək karyeralarının incəliklərini öyrənirlər.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2025.02.28 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla