Yuxarı

Baş redaktor və müavininə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş redaktor və müavininə hökm oxundu

"Bizim dövr" qəzeti və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

Hər iki təqsirləndirilən şəxs məhkəmədən bəraət xahiş edib.

Məhkəmə müşavirəyə yollanıb, daha sonra hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Əlavə olaraq onlara 3 il müddətinə rəhbər və maddi məsul şəxs kimi vəzifə tutmaq səlahiyyəti qadağan edilib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.

Surxay Əliyev və Hikmət Nəcəfli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Cinayət işi üzrə - Oktay Rza oğlu Abdullayev, İkram Tahir oğlu Təhləyev, Sevil Bayram qızı Məsimova, İradə Hüseyn qızı Hacınskaya, Məhərrəm Abasət oğlu Əsgərov, Vladim Məhəmməd oğlu İbrahimov, Elmira Zamanova, Zülfiyyə Seyid qızı Şirin, Mobil Qəhrəman oğlu Qəhrəmanov, Səyyarə Mərdan qızı Abbasova zərərçəkmiş qismində tanınıblar.

Surxay Əliyev və Hikmət Nəcəfli bundan əvvəl də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunublar.

Tarix
2025.03.05 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla