Yuxarı

Baş İdarə əməliyyat keçirdi: saxlanılan var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

DİN-dən Axar.az-a verilən məlumata görə, əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov müəyyən edilərək saxlanılıb. Onun avtomobilindən 35 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. R.Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ölkəboyu fasiləsiz davam etdirilir.

Tarix
2025.03.05 / 18:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Quterreş Bakı-İrəvan müzakirələrini alqışladı

Sülh sazişi nə vaxt imzalana bilər?

Nikol niyə bu barədə Makrona yox, Putinə məlumat verdi

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla