Yuxarı

Bayrama görə Naxçıvana biletləri əvvəlcədən alın - AZAL

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrama görə Naxçıvana biletləri əvvəlcədən alın - AZAL

Novruz və Ramazan bayramları ərəfəsində və tətil günlərində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat ənənəvi olaraq artır.

Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL sözügedən dövr ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür.

Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Tarix
2025.03.06 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla