Yuxarı

Saxta diplomla çalışdığı deyilən türk həkim danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxta diplomla çalışdığı deyilən türk həkim danışdı - Video

Bir müddət əvvəl Bakıda fəaliyyət göstərən uzman fizioterapevt Musa Kılıçın diplomunun saxta olması ilə bağlı xəbərlər yayılıb. Qeyd olunub ki, Gürcüstanda universitetdə təhsil alan həkimin xarici dil bilikləri sual altındadır və onun diplomları saxtadır. M.Kılıç isə haqqında yayılan məlumatları təkzib edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu söhbətlər səngiməmiş türkiyəli mütəxəssislə bağlı yeni səsyazısı yayılıb.

Səsyazısında Musa Kılıçın kimisə təhqir etdiyi əks olunub: "Axmaq, orada videonun 3, 4-cü dəqiqəsində bütün diplomlar paylaşılıb. Necə arsız bir millətsiniz?! Qanınız nə qədər xarabdır?! Kimsən sən? Dövlətin mənə verdiyi diplomlarla, icazələrlə peşəmi icra edirəm".

Bu səsyazısından sonra M.Kılıç yenidən paylaşım edib. O, son paylaşımında bu fikirləri səsləndirib:

"Peşə fəaliyyətimlə bağlı gerçəkləri əks etdirməyən məlumatlar paylaşıldı, sonradan reallıq ortaya çıxdı. Azərbaycan xalqını Türkiyə xalqından ayırmıram. Dövlətlərimizi nə qədər sevdiyimi bilən bilir. Bakıda qalma səbəbim xalqımızın mənə olan sevgisindən qaynaqlanır. Dünyanın ən inkişaf etmiş müalicə üsullarını Bakıda tətbiq edirik.

Bu gün səs yazısı yayıldı, səhifəmizə hücum edildi. Haqqımızda bəzi qarayaxma kampaniyaları başladı. Hücum adı altında "rədd ol, ölkənə get" kimi mesajlar göndərənlər var. Mən onları nəzərdə tutaraq həmin cavabı vermişəm. Bütün xalqı nəzərdə tutmamışam, xalqımız mənim başımın tacıdır. Qarayaxma kampaniyası aparanlara cavabım yoxdur, artıq heç nə deməyəcəyəm. İşimlə gündəmə gəlmək istəyirəm".

"Medera Hospital"dən bildirilib ki, Musa Kılıç klinikada fəaliyyətini davam etdirir:

"Həkimə nazirlik tərəfindən təqdim edilmiş sənədlər klinikada var. M.Kılıçın əmək fəaliyyətini davam etdirməsi ilə bağlı lazım olan bütün sənədləri mövcuddur. Sənədsiz fəaliyyətinə necə davam edə bilər?"

Xatırladaq ki, bu yaxınlarda Türkiyə vətəndaşı, uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.

Tarix
2025.03.07 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla