Yuxarı

Elşad Miri "Qəbir əzabı yoxdur" dedi - QMİ-dən reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elşad Miri "Qəbir əzabı yoxdur" dedi - QMİ-dən reaksiya

İlahiyyatçı Elşad Miri yenidən islam dinində qəbir əzabının olmadığını iddia edib. Onun açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Reallıq necədir? İslamda qəbir əzabı varmı?

Axar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Rüfət Qarayev bu barədə Globalinfo.az-a açıqlamasında bu cür fikirlərin hər zaman olduğunu bildirib.

"Qiyamətə qədər belə insanlar ortaya çıxacaq. Həmin düşüncələrlə cəmiyyətdə müxtəlif çaşqınlıq yaradacaqlar. Təbii ki, elmi olan, Qurandan möhkəm yapışan biri heç vaxt buna getməyəcək. Lakin bütün hökmlər Quranda mövcud deyil. Bəzi məsələlərdə orada şifrəli hərflər var ki, onu Allah və rəsulu bilər. Məsələn, müəyyən ayədə namaz qılmaq buyurulub, amma forması qeyd edilmir. Onu isə bizə Allah rəsulunun hədisləri açıqlayır", - o vurğulayıb.

İlahiyyatçı qeyd edib ki, qəbir əzabının modeli, forması da bilinmir:

"Amma xanım Xədicənin (ə) belə bundan qorxduğunun şahidi oluruq. O, "Ey Allahın rəsulu, səndən yalnız bir şey istəyirəm, o da əbandır. Dünyadan köçəndə məni o əbaya büksünlər, qəbir əzabından çox qorxuram", deyirdi. Peyğəmbərin xanımı belə qəbir əzabından danışıb. Belə fikirlər də var ki, insan birdən suda boğulub, cəsədi tapılmayıb və ya odda yanıbsa, necə olacaq?! Təbii ki, Allaha heç nə çətin deyil. Bir insana əzab vermək istəyirsə, suya, oda, havaya və sair əmr edər və onlar insanı sıxar. Allaha tam inanan insanın imanında şübhə yoxdursa, bu kimi məsələlərdə də ixtilafa düşməz, düşüncəsini fərqli istiqamətlərə aparmaz".

Tarix
2025.03.08 / 02:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla