Yuxarı

Özünü bıçaqladı, qardaşının boynuna atdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özünü bıçaqladı, qardaşının boynuna atdı

13:30

Bərdədə müəmmalı bıçaqlanma hadisəsi baş verib.

ANS-in məlumatına görə, Xanağalı kənd sakini 1995-ci il təvəllüdlü Elnur Məmməd oğlu Məmmədov bədəninin müxtəlif nahiyələrindən aldığı bıçaq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lazımi tibbi yardım göstərilən xəstə istintaqa ilkin ifadəsində qardaşı 1991-ci il təvəllüdlü Elçin Məmmədov tərəfindən bıçaqlandığını və qardaşının ona xəsarət yetirdikdən sonra ərazidən uzaqlaşdığını bildirib.

Dərhal əməliyyata başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Elçini saxlayıblar. Saxlanan şəxs qardaşına heç bir xəsarət yetirmədiyini bildirib.

Maraqlı məqam isə ondan ibarətdir ki, bıçaqlanan şəxsin ailə üzvləri də istintaqa ilkin ifadələrində xəsarət alan Elnurun psixoloji problemlərinin olduğunu və onun özü-özünə xəsarət yetirdiyini bildiriblər. Kənd sakinləri də Elnur Məmmədovun, doğrudan da, psixi problemləri olduğunu deyiblər.

Faktı Bərdə polisi əməkdaşları araşdırır.

Tarix
2016.05.25 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla