09:24
Şabran rayonunda ana və övladı dəm qazından zəhərlənib.
Axar.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Günay Meylaverdi və övladı, 2016-cı il təvəllüdlü Gül Meylaverdi dəm qazından zəhərlənib.
Onlardan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Martın 9-da saat 13:00 radələrində Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs (qadın cinsli) və onun 2016-cı il təvəllüdlü övladının (qadın cinsli) dəm qazından zəhərlənməsi şübhəsi ilə bağlı çağırış edilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, təcili tibbi yardım briqadası hadisə yerində azyaşlının bioloji ölümünü qeydə alıb.Anaya isə yerində ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan o, Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.