Yuxarı

Nazirlikdən xəbərdarlıq: Onlar həkim deyil, aldanmayın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən xəbərdarlıq: Onlar həkim deyil, aldanmayın!

Ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış və müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər sertifikasiya imtahanından keçdikdən sonra praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Sertifikatsız şəxslərin tibb fəaliyyəti ilə məşğul olması qanunla qadağandır.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

“Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”, - qeyd edilib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən həkim-terapevt olmayan şəxslərin xəstəxanalarda fəaliyyətinin qarşısını almaq üçün müxtəlif nəzarət mexanizmləri tətbiq edilir:

- Sertifikatlaşma – Tibbi fəaliyyət göstərmək istəyən şəxslər və müəssisələr müvafiq sertifikat almalıdırlar. Sertifikat verilməsi zamanı namizədlərin təhsili və ixtisası yoxlanılır;

- Yoxlamalar – SN AEM planlı və plandankənar yoxlamalar apararaq tibb müəssisələrində çalışan personalın ixtisas uyğunluğunu yoxlayır. Uyğunsuzluq aşkar edilərsə, müvafiq tədbirlər görülür;

- Normativ tələblər – Tibb müəssisələrinin fəaliyyətini tənzimləyən qaydalara əsasən, yalnız ixtisaslı mütəxəssislər tibbi xidmət göstərə bilər.

Bu mexanizmlər vasitəsilə Səhiyyə Nazirliyi, Tibb universitetinin 4 illik bakalavr səviyyəsini bitirən, lakin həkim diplomu almayan şəxslərin (terapistlərin) xəstəxanalarda həkim-terapevt kimi fəaliyyət göstərməsinin qarşısını alır.

Nazirlik vətəndaşları diqqətli olmağa çağıraraq, özəl tibb müəssisələrində və apteklərdə qarşılaşdıqları problemlərlə bağlı AEM-in “bir pəncərə” sistemi, qaynar xətti (012 596 05 20), [email protected] elektron ünvanı və pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə müraciət etməyə çağırıb.

Tarix
2025.03.11 / 19:40
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla