Yuxarı

İlin ilk “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlin ilk “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 15 mart 2025-ci il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar və s.) əldə edə biləcəklər.

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif master klasslar ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

Tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədilə keçirilir.

Yasamal rayonu, Hüseyn Cavid parkı

15 mart 2025-ci il

15:00-17:00

Tarix
2025.03.13 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Azərbaycanda alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Almaniya və Rusiyanın Bakıdakı gizli görüşündən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla